12 sentyabr 2025-ci il tarixində Baku Expo Centerdə “AQUALİNK” MMC-nin təşkilatçılığı ilə V “Xəzər Su İnnovasiya Forumu” keçiriləcək. “Suya dəyər qatırıq” şüarı ilə təşkil olunacaq bu forum ölkəmizdə su ehtiyatlarının dayanıqlı idarə olunması, ətraf mühitin qorunması və innovativ texnologiyaların tətbiqi mövzusunda geniş təcrübə və fikir mübadiləsi platforması olacaq. Forumun əsas məqsədi su sahəsində qabaqcıl elmi yeniliklərin və texnologiyaların nümayişi, dövlət qurumları, yerli sahibkarlar və xarici tərəfdaşlar arasında əməkdaşlığın gücləndirilməsidir.
Tədbir çərçivəsində dörd əsas panel müzakirəsi keçiriləcək: qabaqcıl su texnologiyalarının tətbiqi, ətraf mühitin qorunması texnologiyaları və təcrübələri, təkrar emal etmə texnologiyalarının əhəmiyyəti, və suyun idarə olunmasında innovativ yanaşmalar. Foruma Dövlət Su Ehtiyatları Agentliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi kimi dövlət qurumları ilə yanaşı, 10-dan çox ölkəni təmsil edən beynəlxalq şirkətlər və ölkənin aparıcı elm və təhsil müəssisələrinin nümayəndələri qatılacaq. Bu forum, su və ətraf mühit mövzusunda praktik və elmi yanaşmaların bir araya gəldiyi mühüm platforma kimi çıxış edəcək.
“Aqualink” MMC-nin təşkilatçılığı və “Caspian Energy Club”ın baş networking tərəfdaşlığı ilə IV Xəz ...
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının “Xəzəri qoruyaq-2024” layihəsi çərçivəsində Xə ...
Sentyabrın 26-da “Aqualink” MMC-nin təşkilatçılığı və “Caspian Energy Club”ın baş “networking” ...